Modern.az

Sumqayıtda silahlı İNSİDENT: Bir nəfər öldü

Sumqayıtda silahlı İNSİDENT: Bir nəfər öldü

Aktual

12 Avqust 2018, 15:33

Sumqayıt şəhərində ölümlə nəticələnən silahlı insidet baş verib.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, şəhər ərazisində təqribən 40-45 yaşlı kişi açılan atəş nəticəsində dünyasını dəyişib.

 

Qətli törədən şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil. 

 

Hadisəni törədən şəxsin yerinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı