Modern.az

Yunanıstanda yenidən meşə yanğını başladı

Yunanıstanda yenidən meşə yanğını başladı

Aktual

12 Avqust 2018, 21:41

Yunanıstanda yenidən meşə yanğını başlayıb. Modern.az xəbər verir ki, yanğın ölkənin Attika vilayətinin şərq hissəsində yerləşən Evbeya adasında başlayıb.

 

Yerli mətbuatın məlumatına görə, bu gün günorta saatlarında başlayan yanğın güclənərək Xalkida şəhərindən şimal tərəfdə yerləşən Kontodespoti kəndini təhlükə altında qoyub.

 

Güclü külək və isti hava hələlik yanğını söndürməyə imkan vermir. Yerli hakimiyyət yanğına daha yaxın ərazidə yerləşən iki qəsəbənin əhalisini təxliyyə etmək barədə qərar verib.

 

Xalkida ilə Şimali Evbeya arasında avtomobil hərəkəti dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı