Modern.az

Tibb bacısı bütün varidatını işlədiyi xəstəxanaya bağışladı

Tibb bacısı bütün varidatını işlədiyi xəstəxanaya bağışladı

Aktual

12 Avqust 2018, 22:19

İtaliyada tibb bacısı həyatı boyunca topladığı bütün varidatını işlədiyi xəstəxanaya vəsiyyət edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, mirasın həcmi nə az - nə çox, düz 600 min avro təşkil edir.

 

Triyest şəhərinin xəstəxanasında çalışan Mariya Bolonya ötən il 95 yaşında vəfat edib. O, təhna olub - əri və yeganə oğlu qadından tez dünyalarını dəyişiblər. Bu səbəbdən, tibb bacısı bütün mirasını işlədiyi xəstəxanaya vəsiyyət edib.

 

Xəstəxana bu pulları 450 şkaflıq yeni qarderobun tikintisinə, yeməkxananın təmirinə, həmçinin infeksion xəstəliklərin müalicəsi üçün qanköçürmə şöbəsinin yeni avadanlıqlarla təchizatına xərcləmək niyyətindədir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı