Modern.az

Ağstafada ata qızını döyərək xəsarət yetirib

Ağstafada ata qızını döyərək xəsarət yetirib

Aktual

12 Avqust 2018, 22:36

Ağstafa rayonunda ata qızını döyərək ona xəsarət yetirib. Modern.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Azadə İlqar qızı Bukavadze atası tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən A.Bukavadzenin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Hadisəyə isə ailə daxili münaqişənin səbəb olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı