Modern.az

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq olacaq

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq olacaq

Aktual

13 Avqust 2018, 12:04

Dövlət Fitosanitar Xidmətin rəisi Ələddin Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov, Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə və Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru Azad İbrahimov Türkiyədə səfərdə olublar.

 

Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin dəvəti ilə baş tutan səfərin əsas məqsədi, qardaş ölkənin kənd təsərrüfatında elmi tədqiqatların planlaşdırılması, aparılması və nəticələrin tətbiqi, aqrar sahədə ətraf mühiti mühafizə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində təcrübəni yaxından öyrənmək, Kənd Təsərrüfat Tədqiqatları və Siyasəti Baş İdarəsində, Torpaq və Su Resursları Mərkəzi Tədqiqat İnstitutunda, Tarla Bitkiləri Mərkəzi Tədqiqat İnstitutunda və İzmir şəhərində yerləşən Bornova Bitki Mühafizəsi İnstitutunda həyata keçirilən tədqiqatlarla tanış olmaqdır.

 

Nümayəndə heyəti Kənd Təsərrüfat Tədqiqatları və Siyasəti Baş İdarəsində Kənd təsərrüfatı iqtisadiyyatı və layihəsi şöbəsinin müdiri Cengizhan Mizrak, Torpaq və Su Resursları Araşdırmaları Mərkəzi Tədqiqat İnstitutunun direktoru Bülent Sönmez, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Avropa Birliyi və xarici siyasət şöbəsinin müdiri Gülperi Taşlıyurt və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirərək bitki mühafizəsi və aqrokimya laboratoriyalarının fəaliyyəti sahələrində görülən işləri müzakirə edib, həmçinin əldə edilən nəticələr və təcrübələrlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıblar.

 

Nümayəndə heyəti İzmirdə Bornova Bitki Mühafizəsi İnstitutunun direktoru Tevfik Turanlı ilə görüşüblər. Görüş zamanı qonaqlara institutda bitki mühafizəsi üzrə aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri və fəaliyyət prinsipləri, bitki mühafizəsi üzrə tətbiq edilən qabaqcıl təcrübə və texnologiyalar barəsində ətraflı məlumat verilib.

 

Qeyd edək ki, səfər çərçivəsində Kənd Təsərrüfat Tədqiqatları və Siyasəti Baş İdarəsinin Torpaq və Su Resursları Araşdırmaları Mərkəzi Tədqiqat İnstitutu və Bitki Mühafizəsi İnstitutu ilə kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində fəaliyyət planının hazırlanması, innovativ metodların tətbiqi və çevik idarəetmə sistemlərinin formalaşdırılması üzrə birgə əməkdaşlığın, təcrübə və informasiya mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı