Modern.az

Azərbaycanda qanunsuz yaşayan 71 miqrant saxlanıldı

Azərbaycanda qanunsuz yaşayan 71 miqrant saxlanıldı

Aktual

13 Avqust 2018, 15:21

Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zəni da­vam etdirir.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, DMX tərəfindən üç gün ərzində qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı müxtəlif ölkələrin vətəndaşları olan 71 əc­­nə­bi sax­­­la­nıl­ıb.

Onlardan 10 nəfərinin Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 51-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı