Modern.az

Etiraz mitinqində 80 maşın yandırıldı

Etiraz mitinqində 80 maşın yandırıldı

Aktual

14 Avqust 2018, 11:21

İsveçin qərbində Qötebrok və Trolxelland şəhərlərin baş vermiş etiraz aksiyalarında onlarla maşın yandırılıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə vasitəsi ilə təşkil edilmiş mitinqlərdə 80 maşın yandırılıb.

“Bizdə çox sayda yanğınlar olan dövrlərimiz olub. Amma bir gecədə müxtəlif yerlərdə və qısa bir zamanda, beləsini mən görməmişəm” – qərb regionunun polisinin nümayəndəsi Ulla Brem bildirib.

 

Onun sözlərinə görə şahidlər qara paltar geyinmiş şəxslərin əllərində benzinlə dolu kanistrlə maşınları yandırdıqlarını görüblər.

 

Onların üzlərini bağlaya qara kapşunda və kepkalarda olublar. Bu naməlum şəxslərin həmçinin polisə daş atdıqları da bildirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı