Modern.az

Göygöldə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Göygöldə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Aktual

14 Avqust 2018, 12:37

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Goranboy rayon sakini Məmməd Tağıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Səkinə Bağırovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı