Yerevanda sabiq prezident Robert Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir müddət əvvəl həbsdən azad edilmiş keçmiş dövlət başçısının mətbuat konfransı zamanı etiraz aksiyası keçirilib.
Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi.