İtaliyanın nəqliyyat nazirinin müavini Eduardo Riksi bildirib ki, hadisə nəticəsində 22 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.
***
“Reuters” agentliyinin məlumatına görə təcili tibbi yardım xidməti onlarla ölü ola biləcəyini qeyd edib. Lakin rəsmi olaraq hələ ki yalnız iki nəfərin yaralandığı qeyd edilir.
Şahidlərdən birinin Sky İtalia kanalına hadisə zamanı körpüdə 8 ya 9 maşın gördüyünü söyləyib. Onun sözlərinə görə gözlərinin qarşısında “qiyamət” canlanıb.
Ölkənin Nəqliyyat naziri Danilo Toninelli bu hadisənin bir faciə olduğunu və bunu diqqətlə izlədiyini söyləyib.
Körpünün 200 metrlik bir hissəsinin çökdüyü bildirilir.
Hazırda xilasetmə işləri davam etdirilir.
İtaliyada Genuyada körpünün uçmasının yeni videosu yayımlanıb.
Modern.az həmin görüntüləri siz təqdim edir.
XXX
Hadisənin videosu yayılıb.
***
İtaliyanın Genuya şəhərində körpü dağılıb.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində onlarla insan ölüb.
Hadisə yerində xilasedicilər işləyir.