Modern.az

Qobuda bərbad yol təcili yardımın ünvana çatmasına imkan vermədi

Qobuda bərbad yol təcili yardımın ünvana çatmasına imkan vermədi

Aktual

14 Avqust 2018, 15:49

Qobuda bərbad yol təcili yardımın ünvana çatmasına imkan verməyib.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Abşeron rayonunun Qobu qəsəbəsinin sakini, 1964-cü il təvəllüdlü Reyhan Məhərrəm qızı Quliyevanın səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılıb, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməyib. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil veriblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır