Modern.az

Türkiyə klubu 18 futbolçusunu sataraq 10 baş keçi alıb

Türkiyə klubu 18 futbolçusunu sataraq 10 baş keçi alıb

Current

14 Avqust 2018, 17:53

Türkiyənin İsparta bölgəsində həvəskarlar liqasında çıxış edən “Gülspor” klubu xərclərini qarşılamaq üçün qeyri-adi addım atıb.

 

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub yetişdirdiyi 18 futbolçusunu 15 min lirəyə sataraq həmin pula 10 baş keçi alıb. İlk ildə keçilərin südünün satışından 4-5 min lirə qazanc və 20 bala gözlənilir. 6 ildən sonra keçilərin sayının 140-a çatacağı proqnozlaşdırılır. Əldə olunacaq vəsaitin klubun inkişafına töfhə verəcəyi bildirilir.

 

Qeyd edək ki, 1954-cü ildə təsis edilən “Gülspor” İspartanın ən köklü klublarından hesab olunur. Hazırda klubun müxəlif yaş qruplarında, ümumilikdə, 150 futbolçu yer alıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı