Modern.az

Avtomobil 3 piyadanı vurdu - 1 ölü

Avtomobil 3 piyadanı vurdu - 1 ölü

Aktual

16 Avqust 2018, 12:27

Bakıda avtomobil yol kənarında dayanan 3 nəfəri vurub, onlardan biri ölüb. 

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, hadisə Xətai rayonunun Gəncə prospektində qeydə alınıb. Belə ki, avqustun 16-da Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanan paytaxt sakinləri Azər Mirzəyevi, Fuad Şirinovu və Lənkaran rayon sakini Samir Mustafayevi vurub. Nəticədə S.Mustafayev hadisə yerində ölüb, digər iki piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi araşdırma aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!