Modern.az

Ağdaşdakı yanğında 1 nəfər xəsarət aldı

Ağdaşdakı yanğında 1 nəfər xəsarət aldı

Aktual

16 Avqust 2018, 22:42

Ağdaşda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə rayon mərkəzində baş verib. Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan 3 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır