Azərbaycanda da meyitdən orqan köçürülməsi həyata keçirilə bilər. Modern.az xəbər verir ki, bununla bağlı "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır. Belə ki dəyşişiklikdə meyitlərdən də orqanların götürülüb xəstələrə köçürülməsi öz əksini tapıb.
Həkim transplontoloq Mircəlal Kazimi “Xəzər xəbər”ə deyir ki, köçürüləcək orqanların siyahısının genişlənməsinə ciddi ehtiyac var. Çünki orqan nəqli gözləyən kifayət qədər xəstə var ki, bu onların problemini həll edə bilər.
Bərpa edilən orqanı canlı insandan götürmək olsa da, digər orqanların canlı insandan transplantasiyası mümkün deyil.
Mircəlal Kazımi buna görə də meyitdən oqran köçürülməsinin vacib olduğunu bildirib.
Mircəlal Kazıminin sözlərinə görə, bu işi təkcə qanunvericiliklə həyata keçirmək mümkün deyil. Bununla yanaşı maarifləndirmə də aparılmalıdır ki, insanlar orqan bağışlamanın mahiyyətini dərk etsinlər.
Qeyd edək ki məsələ əvvəlcə Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunacaq. Burada müsbət rəy aldıqdan sonra Milli Məclisə tövsiyə ediləcək.