Modern.az

Səudiyyə Ərəbistanı Rusiyadan quş əti idxalını dayandırdı

Səudiyyə Ərəbistanı Rusiyadan quş əti idxalını dayandırdı

Aktual

17 Avqust 2018, 14:40

Səudiyyə Ərəbistanı Rusiyadan quş əti və yumurta idxalını müvəqqəti olaraq dayandırıb.

Modern.az-ın məlumatına görə, bu qərara Rusiyanı bəzi vilayətlərdində H5 quş qripi virusunun aşkar edilməsi səbəb olub.

Qeyd olunur ki, bu qərar Ümumdünya Heyvanların Sağlamlığının Mühafizəsi Təşkilatının hesabatına əsasən verilib. Təşkilatın hesabatında qeyd olunub ki, Rusiyanın Rostov, Kostroma, Penza vilayətlərində quş qripi aşkar edilib.

İdxal qadağasının müddətləri barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...