Modern.az

Lənkəranda yeni yol çəkiləcək

Lənkəranda yeni yol çəkiləcək

Aktual

17 Avqust 2018, 18:11

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Modern.az  xəbər verir ki, sərəncama əsasən, 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır