Modern.az

İnam Kərimov Şəmkirdə şikayətləri dinləyəcək

İnam Kərimov Şəmkirdə şikayətləri dinləyəcək

Aktual

20 Avqust 2018, 11:57

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  25 avqust 2018-ci il tarixində, saat 11:00-da Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında  Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri ilə görüşəcək.  

Modern.az xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3644480) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı