Modern.az

İçməli sudan 1000-dən çox insan zəhərləndi

İçməli sudan 1000-dən çox insan zəhərləndi

Aktual

20 Avqust 2018, 20:52

Mindən çox insan içməli sudan zəhərlənib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İraqın Bəsrə əyalətində qeydə alınıb.

 

İraqın İctimai Səhiyyə İdarəsinin nümayəndəsi Ziyad Tarekin sözlərinə görə, suyun çirklənməsi səbəbindən bakteriyalardan zəhərlənmə halları əyalətin bir neçə rayonunda qeydə alınıb.

 

Məlumata görə, hadisədən zəhərlənənlərin sayı indiyədək 1000 nəfərdən çoxdur. Zəhərlənənlərin əksəriyyəti müalicə alır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır