Modern.az

Kvars qol saatlarının yaradıcısı öldü

Kvars qol saatlarının yaradıcısı öldü

Aktual

20 Avqust 2018, 23:53

Dünyada ilk olaraq kvars qol saatlarının yaradıcısı olan Rene Le Kultr İsveçrədə vəfat edib. Modern.az  "Report"a istinadən xəbər verir ki, bu barədə Arcinfo qəzeti məlumat yayıb.

 

Bildirilib ki, mərhumun 100 yaşı var idi. Belə ki, ixtiraçı yubileyini qeyd etdikdən 3 həftə sonra dünyasını dəyişib.

 

Qeyd edək ki, qola taxılan ilk marka kvars saatları 1967-ci ildə İsveçrədə keçirilən ümumdünya dəqiqlik müsabiqəsindədə təqdim olunub. Rene Le Kultr həmçinin İsveçrədə elektronika və mikrotexnika mərkəzinin yaradıcılarından biri idi.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!