Modern.az

Mingəçevirdə yaşayış binası yandı

Mingəçevirdə yaşayış binası yandı

Aktual

21 Avqust 2018, 22:50

Mingəçevir şəhərində yaşayış binasında qısa qapanmadan yanğın baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə M.Maqomayev prospekti, 50 ünvanında yerləşən binanın 4-cü mərtəbəsinin mətbəxində qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Onların iştirakı ilə alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

 

Bina və mənzil sakinləri arasında zərərçəkən olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır