Modern.az

Üzgüçülükdə dünya rekordu yeniləndi

Üzgüçülükdə dünya rekordu yeniləndi

Aktual

22 Avqust 2018, 14:52

İndoneziyada keçirilən Asiya Oyunlarında çinli üzgüçü Liu Xiang 50 metr məsafəyə arxası üstə üzmədə dünya rekorduna imza atıb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, o, 26,98 saniyəyə bu məsafəni qət edib.

 

Bundan əvvəlki rekord digər çinli idmançı Çjao Tszinə məxsus olub. O, 2009-cu ildə 50 metr məsafəni 27,06 saniyəyə dəf etmişdi.

Qeyd edək ki, Asiya Oyunları Cakartada davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır