Modern.az

Müştəri xiyarın qiyməti ilə razılaşmayıb satıcını bıçaqladı

Müştəri xiyarın qiyməti ilə razılaşmayıb satıcını bıçaqladı

Aktual

22 Avqust 2018, 20:25

Mingəçevir şəhərinin mərkəzi bazarında bıçaqlanma hadisəsi olub. Modern.az “Report”a istinadən xəbər verir ki, bazarlığa gələn müştərilərdən biri satılan xiyarın qiyməti ilə razılaşmayaraq 1986-cı il təvəllüdlü satıcı Musayev Samir Vaqif oğlunu insanların gözü önündə ürək nahiyəsindən bıçaqlayıb.

 

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis həmin şəxsin axtarışlarına başlayıb.

 

Bıçaqlanan şəxs 3 uşaq atasıdır, ailəsi ilə birgə kirayədə yaşayır.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı