Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.
Modern.az-ın məlumatına görə, son oyun günündə daha 3 qarşılaşma keçirilib.
“Ayaks” öz meydanında Kiyev “Dinamo”su ilə qarşılaşıb. Görüş Hollandiya klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Videoton” AEK-i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0.
“Yanq Boyz” isə ev oyununda Zaqreb “Dinamo”su ilə bərabərə qalıb - 1:1.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
“Ayaks” (Hollandiya) - “Dinamo” (Kiyev, Ukrayna) - 3:1
“Videoton” (Macarıstan) - AEK (Yunanıstan) 0:2
“Yanq Boyz” (İsveçrə) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 1:1
BATE (Belarus) - PSV (Hollandiya) 2:3
"Benfika” (Portuqaliya) - PAOK (Yunanıstan) 1:1
"Srvena Zvezda” (Serbiya) – "Zalsburq” (Avstriya) 0:0