Modern.az

Zaqatalada yeniyetmə göldə boğuldu

Zaqatalada yeniyetmə göldə boğuldu

Aktual

23 Avqust 2018, 21:43

Zaqatalada göldə çimən oğlan boğularaq ölüb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə bugün axşam saatlarında rayonun Aşağı Tala kəndi ərazisində baş verib. Belə ki, Aşağı Tala Köçkün Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rəvan Ramil oğlu İsmayılov yaxınlıqda olan gül plantasiyasına məxsus göldə çimərkən boğulub.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!