Modern.az

Gürcüstanla Azərbaycanı avtomagistral birləşdirəcək

Gürcüstanla Azərbaycanı avtomagistral birləşdirəcək

Aktual

23 Avqust 2018, 23:27

Gürcüstanın paytaxtı Tbilisini Azərbaycan sərhədi ilə birləşdirəcək yolun ikinci və sonuncu hissəsinin tikintisinə başlanılıb. Modern.az xəbər verir ki, bununla bağlı Gürcüstan Bələdiyyələrinin İnkişaf Fondu məlumat yayıb.

 

"Tbilisi - Rustavi yolu Azərbaycanla sərhədə qədər uzanacaq və onun modernləşdirilməsi nəqliyyat baxımından çox vacibdir. İşlər yekunlaşdıqdan sonra əhali bu yolla rahat və təhlükəsiz hərəkət edə biləcək", - deyə məlumatda bildirilir.

 

Layihə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Yolun birinci və üçüncü hissəsinin tikintisi 2014-cü ildə başlamış və 2016-cı ilin mayında başa çatmışdı.

 

Uzunluğu 17,4 kilometr olan yolun tikintisi üçün 119 milyon lari (təxminən 46,2 milyon dollar) maliyyə ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...