Modern.az

İŞİD lideri Türkiyə ABŞ münasibətindən danışdı

İŞİD lideri Türkiyə ABŞ münasibətindən danışdı

Aktual

24 Avqust 2018, 00:10

“ABŞ ən çətin dövrünü yaşayır. Türkiyə də daxil olmaqla, bir çox ölkə ilə yaşanan problemlər bunun əyani göstəricisidir”. Modern.az xəbər verir ki, bu sözləri İŞİD lideri Əbubəkr Bağdadi keşiş Branson səbəbindən Türkiyə-ABŞ arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.

 

İŞİD lideri qeyd edib ki, ABŞ-ın təhdid etdiyi ölkələr geri addım atmaq niyyətində deyil: “ABŞ iki türkiyəli nazirə sanksiya tətbiq etsə də, Türkiyə keşişi buraxmaqdan imtina etdi. ABŞ artıq keçmişdəki kimi güclü deyil”.

 

Qeyd edək ki, bəzi ekspertlər Bağdadinin bu kimi mövzulara xitab etməsi ilə ictimaiyyətdə onun gündəmi izlədiyi təəssüratını yaratmaq istədiyini vurğulayırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı