Modern.az

Göyçayda 9 yaşlı qızı ilan sancdı

Göyçayda 9 yaşlı qızı ilan sancdı

Aktual

24 Avqust 2018, 00:19

Göyçay rayonunda həyətdə gəzən 9 yaşlı qızı ilan sancıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yekəxana kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Şəmiyeva Aysu Səxavət qızı həyətdə gəzərkən qəflətən onu ilan sancıb.

 

Yaxınları tərəfindən az yaşlı dərhal Göyçay rayon mərəzi Xəstəxanasına çatdırılıb. A.Şəmiyeva zərdab vurulub və vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!