Modern.az

“Qrup mərhələsi üçün şanslarımız qalır” - Qurban Qurbanov

“Qrup mərhələsi üçün şanslarımız qalır” - Qurban Qurbanov

Aktual

24 Avqust 2018, 00:56

"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir". Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif" 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

 

"Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq",- deyə o bildirib.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 30-u Bakıda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...