Modern.az

Ovçuluq qaydasını pozan şəxs 1000 manat cərimələndi

Ovçuluq qaydasını pozan şəxs 1000 manat cərimələndi

Aktual

24 Avqust 2018, 15:38

20 avqust 2018-ci il tarixində Xızı rayonunda yerləşən Yaşma ovçuluq təsərrüfatının ərazisində ov qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı ərazidə ov qaydalarının pozulması faktı təsdiqini tapıb. Qanunsuz ov edən şəxsin Bakı şəhər sakini Emin Rəsulov olduğu müəyyənləşdirilib. Faktla bağlı qanunamüvafiq tədbir görülüb və E.Rəsulov 1000 manat məbləğində cərimə edilib. Eyni zamanda vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə əraziyə cavabdeh olan ovçuluq təsərrüfatının sahə müfəttişi Ə.Məcidov barəsində intizam tənbeh tədbiri görülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı