Modern.az

Yəməndə 22 uşaq öldürüldü

Yəməndə 22 uşaq öldürüldü

Aktual

24 Avqust 2018, 20:29

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri yenidən Yəməni  hədəf alıb. Modern.az xarici  mediaya istinadən xəbər verir ki, bu dəfə Yəmənin Hudeydə şəhərinə hava zərbələri endirilib.

 

Məlumata görə, hücum zamanı əl-Dureyhim qəsəbəsində sərnişin avtobusu partlayıb.

 

Hadisə nəticəsində həyatını itirən 31 nəfərdən 22-si uşaqdır.

 

Qeyd edək ki, 9 avqustda Səda şəhərinə edilən hücum zamanı isə 50 məktəbli öldürülmüşdü.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı