Modern.az

Sumqayıtda meyiti tapılan gənc intihar edib - YENİLƏNİB

Sumqayıtda meyiti tapılan gənc intihar edib - YENİLƏNİB

Aktual

24 Avqust 2018, 22:42

Sumqayıt şəhərində mənzildə meyiti tapılan 19 yaşlı gəncin intihar etdiyi məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində yeləşən mənzillərin birində meyti tapılan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlu özünü asaraq öldürüb.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

20:57

 

Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Orada aşkarlanan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı