Modern.az

Bakıda parkomatlar yığışdırılır

Bakıda parkomatlar yığışdırılır

Aktual

24 Avqust 2018, 21:13

Bakı Nəqliyyat Agentliyi paytaxtda parklama yerləri və parkomatlarla bağlı yeni layihə hazırlayır. Modern.az yerli mediaya istinadən xəbər verir ki, köhnə parkomatların söküləcəyi və əvəzinə yeni sistemin tətbiq olunacağı gözlənilir.

 

2014-cü ildə paytaxtın 60-dan çox küçə və prospektinə parkomatlar düzüldü, onlardan bəziləri isə lazım olmayan yerlərdə quraşdırıldı. Daha sonra müəyyən edildi ki, artıq parkomatlara ehtiyac yoxdur.

 

Tıxac probleminin həlli və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün Bakıda 500-dən çox parkomat quruldu. Bu ödəmə aparatlarının hər birinin alınmasına, gətirilməsinə və küçələrdə yerləşdirilməsinə dövlət büdcəsindən kifayət qədər pul və resurs xərcləndi. 3 il sonra isə parkomatlar əhəmiyyətsiz dirək kimi avtomobillərə tamaşa etməyə başladı.

 

Mütəxəssislər isə deyirlər ki, parkomatların quraşdırılmasında məqsəd ödənişi elektron müstəvidə aparmaq idi. Bunun üçün bu aparatlar mərkəzi bazaya inteqrasiya olunmalı, dövlət yol polisi isə nəzarət etməli idi. Amma bu sistem tam qurulmadan yeni çətinliklər ortaya çıxdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı