Modern.az

Göyərtəsində 17 gürcüstanlı olan tanker tutuldu

Göyərtəsində 17 gürcüstanlı olan tanker tutuldu

Aktual

24 Avqust 2018, 21:45

On gün öncə Afrikanın qərb sahillərində yoxa çıxan neft tankerinin yeri müəyyənləşdirilib. Modern.az xəbər verir ki, tankerin göyərtəsində 17 Gürcüstan vətəndaşı olub.

Məlumata görə, gəmi hazırda Toqo Respublikasının Lome limanına hərəkət edir.

 

Qeyd edək ki, Panama bayrağı altında üzən gəminin göyərtəsində 2 Rusiya vətəndaşının da olduğu bildirilir.

 

Məlumata görə, hazırda dənizçilərin sağlamlığı və həyatı təhlükə altında deyil, vəziyyətləri qənaətbəxşdir. Axtarış-xilasetmə işləri sahilyanı ölkələrlə əlaqəli şəkildə aparılır.

 

Gürcüstan Xarici İşlər Nazirliyi dənizçilərin axtarışı və xilas edilməsi missiyası tam başa çatdıqdan sonra daha ətraflı məlumat veriləcəyini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı