Cəlilabad şəhərində yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb. Modern.az “Report”a istinadən xəbər verir ki, Mikayıl Müşfiq küçəsində yaşayan 2004-cü il təvəllüdlü yerli sakin Məmmədov Hüseyn Zaur oğlunu avtoyuma məntəqəsində elektrik cərəyanı vurub.
Uşaq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.
Faktla bağlı araşdırma aparılır.