Modern.az

Məcburi köçkünlərin məskunlaşdığı bina yandı

Məcburi köçkünlərin məskunlaşdığı bina yandı

Aktual

25 Avqust 2018, 00:27

Bərdə rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bərdə rayonun Mirzalıbəyli kəndində yerləşən Su Meliorasiya İdarəsinin inzibati binasında baş verib.

 

Binada məskunlaşan Şuşa rayonundan məcburi köçkün olan Vahid Zeynalov və Cabir Çobanova məxsus mənzillər elektrik naqillərində baş verən qısa qapanmadan yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb edilib. Alov ram edilərək yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Binada məskunlaşan məcburi köçkünlər təxliyyə edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı