Modern.az

ABŞ-ın dövlət katibi Şimali Koreyaya səfərini ləğv etdi

ABŞ-ın dövlət katibi Şimali Koreyaya səfərini ləğv etdi

Aktual

25 Avqust 2018, 10:10

ABŞ-ın dövlət katibi Maykl Pompeo avqustun 27-nə planlaşdırılan Şimali Koreya səfərini ləğv etmək qərarına gəlib.

Modern.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Pompeo telefon danışığı zamanı hazırda ABŞ-da rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Konoya deyib.

Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp dövlət katibi Maykl Pompeoya Vaşinqtonun Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə yetərli irəliləyişi görmədiyi üçün KXDR-ə səfərini ləğv etməyi tapşırmışdı.

Pompeo gələn həftə Pxenyana səfər etməli, ardından isə Yaponiyaya gedərək ölkənin xarici işlər naziri Taro Kono ilə KXDR səfərinin nəticələrini müzakirə etməli idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı