Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Modern.az xəbər verir ki, matçı Makedoniya Futbol Federasiyasından Aleksandar Stavrev idarə edəcək. Ona Maryan Kirovski və Deyan Kostadinov köməklik edəcək. Dördünca hakim funksiyasını Dimitar Meçkarovski yerinə yetirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" görüşü avqustun 30-u saat 21:00-da başlayacaq.