Modern.az

DİN 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

DİN 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Aktual

25 Avqust 2018, 12:47

Daxili İşlər Nazirliyi (DİN) Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Aqşin Abdullayevin idarə etdiyi “Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Əhmədov və sərnişinlərindən Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölüb, digər 5 sərnişini, habelə A.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...