Modern.az

Binəqədi bələdiyyəsinin xanım sədri istefa verib

Binəqədi bələdiyyəsinin xanım sədri istefa verib

Aktual

25 Avqust 2018, 20:32

Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı vəzifəsindən istefa verib. Modern.az xəbər verir ki, bunu Axar.az-a Binəqədi bələdiyyəsinin xanım əməkdaşı bildirib. Onun sözlərinə görə, Binəqədi bələdiyyəsinin sədri S.Cabbarlının yaxın günlərdə toy mərasimi olacaq:

 

“Sitarə xanım ailə qurması səbəbindən işdən ayrılıb. O öz istəyi ilə ərizə yazaraq vəzifəsindən istefa verib. Səbəb kimi isə ailə qurmasını göstərib. Ancaq hələ də bələdiyyəmizin üzvüdür”.

 

Bələdiyyə əməkdaşı S.Cabbarlının müavini Sabir Həsənovun da işdən çıxması səbəbinə aydınlıq gətirib:

 

“Sabir Həsənov da vəzifəsindən öz istəyi ilə gedib. Hazırda bələdiyyəmizin üzvü olsa da, sədr müavini vəzifəsində çalışmır”.

 

Məlumat üçün bildirək ki, Binəqədi bələdiyyəsinin sədri S.Cabbarlının adı artıq Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytından silinib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı