Modern.az

“Azərxalça”nın İsmayıllı filialı istifadəyə verildi

“Azərxalça”nın İsmayıllı filialı istifadəyə verildi

Aktual

25 Avqust 2018, 22:12

Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak edib. Modern.az xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına məlumat verib.

 

Bildirilib ki, müəssisəsinin binasının 2016-cı ildə başlayan tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialda 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.

 

Dövlət başçısı daha sonra müəssisənin kollektivi ilə görüşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı