Şənbə günü axşam saatlarında Bakıda ağır yol qəzası baş verib. Modern.az yerli mediaya istinadən xəbər verir ki, “Nissan Teana” markalı avtomobil (dövlət nömrə nişanı 99 GR 812) qırmızı işıqda yolu keçərək 13 saylı marşrutla hərəkət edən sərnişin avtobusuna çırpılıb.
Qəza zamanı avtobusda sərnişin olmayıb. Minik avtomobilinin sürücüsü xəsarət alıb.
Hadisə yerinə “Təcili yardım” maşınları, həmçinin Bakı şəhəri DYP əməkdaşları gəliblər.