Modern.az

Diaspor Gənclərinin I Yay düşərgəsinin iştirakçıları Şəkinin tarixi abidələrini ziyarət ediblər - FOTOLAR

Diaspor Gənclərinin I Yay düşərgəsinin iştirakçıları Şəkinin tarixi abidələrini ziyarət ediblər - FOTOLAR

Aktual

26 Avqust 2018, 13:02

Avqustun 25-də Cümhuriyyətin 100 iliyinə həsr olunan Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları Şəki şəhərinin görməli yerlərini, tarixi-mədəni abidələrini ziyarət ediblər.

Modern.az xəbər verir ki, 37 ölkədən düşərgəyə qatılan azərbaycanlı gənclər Şəki Xan Sarayı, Karvansaray və digər məşhur yerlərə gedib, həmin tarixi abidə və məkanlar haqqında geniş məlumat əldə ediblər. Şəki şəhərinin tarixi, mədəni müxtəlifliyi düşərgə iştirakçılarının böyük marağında səbəb olub. 

Xatırladaq ki, düşərgə avqustun 28-nə qədər müxtəlif ictimai, mədəni, əyləncəli proqramlarla davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı