Modern.az

ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha iki nəfər həbs edildi

ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha iki nəfər həbs edildi

Aktual

26 Avqust 2018, 13:40

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə bağlı təhqiqat çərçivəsində daha 2 nəfər həbs edilib.

Modern.az "Hürriyyet" qəzetinə istinadən xəbər verir ki,  həmin hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. .

Bildirilir ki, şübhəlilər polis tərəfindən sorğu-sual edilir.

Qeyd edək ki, hadisə bazar ertəsi günü, yerli vaxtla səhər saat 5:30-da baş verib. Atatürk bulvarına ağ rəngli avtomobillə gələn naməlum şəxslər ABŞ səfirliyinə 6 dəfə atəş açıblar. Hadisə zamanı heç kim xəsarət almayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...