Modern.az

İran parlamenti iqtisadiyyat nazirinə impiçment elan etdi

İran parlamenti iqtisadiyyat nazirinə impiçment elan etdi

Aktual

26 Avqust 2018, 16:46

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Karbasiana impiçment elan edib.

 

Modern.az -ın Trend-ə istinadən məlumatına görə, daha öncə parlament avqustun 8-də kooperasiya, əmək və sosial rifah naziri Əli Rabini vəzifəsindən kənarlaşdırmışdı.

Karbasianın impiçment proseduru 33 deputatın tələbi ilə həyata keçirilib. Onun tutduğu vəzifədən uzaqlaşdırılmasının lehinə parlamentin 137 üzvü səs verib.

 

Qeyd edək ki, son aylar ərzində İranda yerli valyuta kəskin surətdə ucuzlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı