Modern.az

Gədəbəydə avtomobil ağaca çırpıldı

Gədəbəydə avtomobil ağaca çırpıldı

Aktual

26 Avqust 2018, 22:41

Gədəbəy rayonunda yol qəzası baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Qaradağ kəndində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!