Modern.az

Biləyini kəsən kişinin əli amputasiya olundu

Biləyini kəsən kişinin əli amputasiya olundu

Aktual

27 Avqust 2018, 01:00

Ağstafa rayonunda ehtiyatsızlıqdan bədbəxt hadisə baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun 1970-ci il təvəllüdlü Zəlimxan kənd sakini Ayaz Allahverdiyev iş zamanı ehtiyatsızlıqdan elektrik mişarı ilə biləyini kəsib.

 

Ağır halda xəstəxanaya yerləşdirilən şəxs əməliyyat olunub və onun əli biləkdən amputasiya edilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirən A.Allahverdiyevin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı