Modern.az

Sağlamlıq imkanları məhdud bu gənclər ali məktəblərə daxil olub - FOTOLAR

Sağlamlıq imkanları məhdud bu gənclər ali məktəblərə daxil olub - FOTOLAR

Aktual

27 Avqust 2018, 12:32

Bu il qəbul imtahanlarında uğurlu nəticə göstərərək ali məktəb tələbəsi adını qazananlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri də var.


Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2013-cü ilin dekabr ayında açılışı olan bu Mərkəz fiziki məhdudiyyətli gənclərin reabilitasiyasında və cəmiyyətə fəal inteqrasiyasında əhəmiyyətli rol oynayır. Burada aparılan çoxşaxəli reabilitasiya tədbirləri onlarda özünə inam hissi, potensial bacarığını üzə çıxararaq aktiv həyat tərzinə doğru irəliləmək əzmi formalaşdırır.


Peşə Reabilitasiya  Mərkəzində tikişçilik peşəsi ilə yanaşı, dizayn sahəsi üzrə bilik və bacarıqlara yiyələnən Nərgiz Hümbətli (Bakı) qəbul imtahanlarında müsbət nəticə (73 bal, qabiliyyət üzrə 10 bal) əldə edərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (dekorativ tətbiqi sənət ixtisası) qəbul olub. Mərkəzdə dizayn peşəsi üzrə kursu bitirən İlahə İsmayılova (Bakı şəhəri) da (58 bal, qabiliyyət üzrə 10 bal) həmin Akademiyanın dizayn ixtisası üzrə tələbəsi olmaq uğuruna imza atıb. Tam görmə məhdudiyyəti olan Xanoğlan Sadıqov (Şəmkir rayonu) isə Mərkəzdə toxuma peşəsinin sirlərinə yiyələnib. Onun hazırladığı əl işləri, muncuqlarla toxuduğu güllər müxtəlif sərgilərdə maraqla qarşılanıb. İmtahanlarda Xanoğlan 428 bal toplayıb və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul  olunub.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı