Modern.az

Əbülfəs Qarayev bu dəfə qəbulu Zaqatalada keçirəcək

Əbülfəs Qarayev bu dəfə qəbulu Zaqatalada keçirəcək

Aktual

27 Avqust 2018, 12:57

Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, qəbul avqustun 31-də, saat 10ºº-da rayonun Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) olacaq. 

Görüşdə Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşların nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazılmaları mümkündür. 

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin müvafiq rayonların Mədəniyyət şöbələrinə müraciət edə bilərlər. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı