Modern.az

İrandakı toz fırtınasının Azərbaycana təsiri olmayacaq

İrandakı toz fırtınasının Azərbaycana təsiri olmayacaq

Aktual

27 Avqust 2018, 14:05

İranın cənub-şərq əyalətini əhatə edən  toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində  troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olunub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də  toz fırtınasının ölkəmizə təsir etməyəcək.

Qeyd etməliyik ki, adətən toz fırtınalarının davamiyyəti  4 gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması əsasən sentyabrdan aprelə qədər müşahidə olunur.

Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzən ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı